AZ

AƏSMA da beynəlxalq imtahan mərkəzləri yaradılacaq FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında praktiki yönümlü və fənlərarası beynəlxalq proqramların tətbiqinə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, “HBN Group” MMC-nin nümayəndələri iştirak ediblər.

Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev əmək bazarının artan tələbləri fonunda cəmiyyətin dayanıqlı inkişafının təmin olunmasında səriştəlilik səviyyəsi yüksək olan işçi qüvvəsinin formalaşdırılmasının vacibliyini vurğulayıb. O həmçinin beynəlxalq standartlara əsaslanan təhsilin yeni iş yerlərinin yaradılmasına, əmək məhsuldarlığının və sosial rifahın artmasına mühüm təsirlərindən danışıb.

Tədbirdə “HBN Group” MMC-nin icraçı direktoru Tariyel Dövlətov və Cisco üzrə ekspert Fərid Əmirov Avropanın peşə sağlamlığı və təhlükəsizliyi üzrə mütəxəssislərin sayına görə lideri IOSH təşkilatı, eləcə də şəbəkə texnologiyaları və internet avadanlıqları sahəsində qlobal lider Cisco Systems şirkəti barədə təqdimatlar ediblər.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

AƏSMA-nın şöbə müdiri Səadət Əliyeva təlim proqramlarının və imtahan mərkəzlərinin yaradılmasının əhəmiyyətindən söz açıb, bu cür təşəbbüslərin həm tələbələrin, həm də əməkdaşların bilik və bacarıqlarının beynəlxalq sertifikatlarla təsdiqlənməsinə şərait yaratdığını bildirib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
unikal.az

1Mənbələr