AZ

"Fənərbağça" Uoker üçün "Mançester Siti"yə təklif göndərib

“Mançester Siti”nin müdafiəçisi Kayl Uoker karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə,  “Fənərbağça” təcrübəli ingilis futbolçunun transferi üçün “Mançester Siti”yə rəsmi təklif təqdim edib.

İstanbul təmsilçisi futbolçunun agenti ilə də danışıqları davam etdirir.

“Şəhərlilər” artıq 34 yaşlı futbolçunun xidmətlərinə ciddi şəkildə ehtiyac duymur və oyunçunun yay transfer dövründə komandadan ayrılması mümkündür. Uokerin təklifi dəyərləndirdiyi və qərar verməyə yaxın olduğu bildirilir.

Xatırladaq ki, 35 yaşlı müdafiəçi mövsümün ikinci hissəsini icarə əsasında "Milan"da keçirsə də, İtaliya nəhəngi futbolçunu almaqdan imtina etmişdi.

Uoker 2017-ci ildən İngiltərə nəhəngində çıxış edir. Bu müddət ərzində o, 319 oyun keçirib, 6 qol vurub və 23 məhsuldar ötürmə edib. Transfermarkt ekspertləri müdafiəçinin dəyərini altı milyon avro qiymətləndirir.

Seçilən
37
90deqiqe.az

1Mənbələr