AZ

XİN in bəyanatında “ciddi şəkildə narahatıq” ifadəsi: “Bu işarə edir ki...”

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycanın mümkün münaqişə çevrəsinə qoşulma ehtimalını mümkün hesab etmirəm. Ölkəmiz hansısa dövlətlərin işlərinə qarışmır. Azərbaycan müstəqil, suveren dövlətdir və öz dəsti-xətti var”.

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vasif Qafarov deyib.

Deputat bildirib ki, İsrailin İrana etdiyi hücumların regional müharibəyə çevrilmə ehtimalı xeyli aşağıdır:

“Azərbaycan İranla qonşu dövlətdir və hər iki ölkəni tarixi köklər birləşdirir. İsrail və Azərbaycan arasında da yaxın dostluq münasibəti var. Digər tərəfdən, bu hücumların geniş müharibəyə çevrilmə ehtimalının yüksək olmadığını düşünürəm.

Bir müddət öncə hər iki ölkənin qarşılıqlı hücumlarını müşahidə etmişdik. Bunun regional müharibəyə çevrilmə ehtimalı xeyli aşağıdır. Azərbaycanın mümkün münaqişəyə qoşulma ehtimalını isə mümkün hesab etmirəm. Ölkəmiz hansısa dövlətlərin işlərinə qarışmır. Azərbaycan müstəqil, suveren dövlətdir və öz dəsti-xətti var".

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev isə qeyd edib ki, Azərbaycan məsələnin diplomatik yolla həll edilməsinin tərəfdarıdır:

“XİN-in bəyanatında hər şey vurğulanır. Yəni məsələnin diplomatik yolla həll edilməsi. Bu da işarə edir ki, Azərbaycanın bu münaqişədə hər hansı rolu görünmür”.

Xatırladaq ki, XİN bəyanatında Azərbaycanın İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatlıq vurğulanır: "Tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq. Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq"

Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir".

Nazim Hacıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
yenisabah.az

2Mənbələr