Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dinozavr qalıqları ilə müasir xərçəng araşdırmaları bir-birindən uzaq sahələr kimi görünsə də, yeni bir araşdırma bu iki sahə arasında maraqlı əlaqə olduğunu göstərib. Alimlər milyonlarla il əvvəl yaşamış bir dinozavrın fosil qalıqlarında xərçəng izlərinə rast gəliblər. Bu kəşf, xərçəngin necə yarandığı və müalicə yolları ilə bağlı vacib məlumatlar verə bilər.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, İngiltərə və Rumıniyadan olan tədqiqatçılar, təxminən 66–70 milyon il əvvəl indiki Rumıniya ərazisində yaşamış Telmatosaurus transsylvanicus adlı, inək ölçüsündə olan bir dinozavrın qalıqlarını araşdırıblar. Analizlər zamanı dinozavrın çənə sümüyündə daha əvvəl aşkarlanan şişlə bağlı qırmızı qan hüceyrələrinə bənzər strukturlar tapılıb.
Alimlər bildirir ki, bu tapıntı, fosillərdə düşündüyümüzdən daha çox yumşaq toxuma qalığının qorunub saxlandığını göstərir. Bu da qədim canlılar və onların xəstəlikləri barədə daha geniş məlumat əldə etməyə imkan yarada bilər.
Anglia Ruskin Universitetinin onkoloqu Castin Stebbinq deyib:"Sümük toxumasından fərqli olaraq, yumşaq toxumalar zülal (protein) ehtiva edir. Bu zülallar xəstəliklərin necə yarandığı ilə bağlı vacib məlumatları daşıyır."
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Tədqiqatçılar düşünür ki, bu zülallar xərçəngin necə formalaşdığını və zamanla necə dəyişdiyini öyrənməkdə də faydalı ola bilər. Məsələn, balinalar və fillər kimi böyük heyvanlar xərçəngə qarşı özlərini qorumaq üçün xüsusi mexanizmlər inkişaf etdiriblər. Alimlər dinozavrların da bu cür uyğunlaşmalara sahib olub-olmadığını araşdırırlar.
Bu mexanizmləri başa düşmək, gələcəkdə insanlarda xərçəngin qarşısının alınması və müalicəsi üçün yeni yolların açılmasına kömək edə bilər.
Tədqiqatçılar bildirir ki, bu tip fosil nümunələri çox diqqətlə qorunmalıdır. Gələcəkdə texnologiya inkişaf etdikcə bu nümunələri daha ətraflı analiz etmək mümkün ola bilər. Əgər bu toxuma nümunələri itməsə, gələcəkdə böyük elmi nailiyyətlər əldə edilə bilər.
Araşdırmanın nəticələri Biology jurnalında dərc olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.