AZ

U-16 millimiz Moldova ilə 2 oyun keçirəcək

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-16) iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

U-16 millimiz hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək. Aqil Nəbiyevin yetirmələri iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlanacaq.

Toplanışa dəvət olunan futbolçuların adları ilə tanış ola bilərsiniz:

  1. Bilal Hacıyev – Qarabağ
  2. Kamal Camalzadə – Neftçi
  3. Uğur Qurbanlı – Qarabağ
  4. Roman Fərzəli – Qarabağ
  5. Vaqif Nəbiyev – Qarabağ
  6. Firdovsi Şeydayev – Sabah
  7. Tunar Əsgərzadə – Qarabağ
  8. Cavidan Əlizadə – Qarabağ
  9. Daniil Rəcəbov – Qarabağ
  10. Mehdi İsmayılov – Qəbələ
  11. Tunar Bayramov – Qəbələ
  12. Mehdi Hüseyn – Marset (İspaniya)
  13. Ramil Hacıyev – Zirə
  14. Yusif Orucəliyev – EFA
  15. Rəsul Balakişiyev – Marset (İspaniya)
  16. Ömər Kosayev – Sumqayıt
  17. Ruslan Quliyev – Neftçi
  18. Şikar Şikar – Neftçi
  19. Vaqif Məmmədli – Sabah
  20. Əli Bəşirov – Qarabağ
  21. Nicat Əhmədzadə – Marset (İspaniya)
  22. Nihat Hüseynzadə – Sabah
Seçilən
33
arena.az

1Mənbələr