İsrailin İranın şimal-qərbində yerləşən Təbriz şəhərinə endirdiyi hava zərbələri nəticəsində 5 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.
Milli.Az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "RİA Novosti" məlumat yayıb.
TASS agentliyi Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin rəhbərinə istinadla xəbər verir ki, İsrailin Təbrizə hücumu nəticəsində ən azı 3 nəfər vəfat edib.
"İsrailin Təbrizə endirdiyi zərbələrdə üç vətəndaşımız həlak olub", - deyə "Tasnim" agentliyi rəsmi şəxsin sözlərini sitat gətirib.
Kənan
Milli.Az