“Neftçi” heyətinə daha bir legioner qatmaq niyyətindədir.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi “Apollon”unun 26 yaşlı cinah yarımmüdafiəçisi Şarl Boli ilə maraqlanır. “Themma Sports”un iddiasına görə, kiprlilər fransızı icarəyə verməyə hazırdır.
Bolinin “Apollon”la müqavilə müddəti 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir.
Daha əvvəl "Neftçi" "Apollon"dan Sessi D'Almeydanı heyətinə qatmışdı. Bu transfer üçün Bakı klubunun 200 min avro (təxminən 385 min manat) ödədiyi bildirilir.
26 yaşlı yarımmüdafiəçi “Lans”, “Parsi”, “Viçentsa”, “Pau” klublarında oynayıb.
saytlarin hazirlanmasi