AZ

Admiral Əli Şəmxani sağdır?

İran İslam İnqilabının Rəhbərinin siyasi müşaviri, admiral Əli Şəmxani ilə bağlı daha bir xəbər yayılıb. 

“Cebheinfo.az” bu barədə “Noor News”-a istinadən xəbər verir.

İran mətbuatı yazır: “Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, bu gün səhər saatlarında iqamətgahında törədilən terror aktından sonra ağır xəsarətlərlə xəstəxanaya çatdırılan admiral Şamxaninin vəziyyəti hələ də stabil vəziyyətə düşməyib”.

“Noor News” qeyd edib ki, admiral Şamxaninin vəziyyəti həkimlərin onun sağ qalacağına olan ümidlərini azaldıb.

Seçilən
22
cebheinfo.az

1Mənbələr