AZ

Qazilər Prezidentə minnətdarlıq etdilər

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidentinin imzaladığı Fərmanı ilə şəhid ailələri, Qarabağ əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olan və onlara bərabər tutulan şəxslərin təqaüd və müavinətləri artırılıb.

Qaziler.az xəbər verir ki, "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev bununla bağlı qazilər adından Prezidentə öz minnətdarlığını bilririb.

"Prezidentin bu Fərmanını sevinclə qarşıladıq. Əslində bu, gözlənilən idi.  Çünki cənab Prezident vaxtaşırı müharibə əlillərinin, şəhid ailələrinin, veteranlarların sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq addımlar atır. Qarabağ qaziləri olaraq biz bu addımı yüksək qiymətləndiririk. Müzəffər Ali Baş Komandanımıza "Qarabağ qaziləri" ictimai birliyi adından dərin minnətdarlığımızı bildiririk. Dövlət idarəçiliyində, Azərbaycanın inkişağı naminə gördüyü işlərdə ona uğurlar arzulayırıq. Ümid edirik ki, Prezidentimizin şəhid ailələrinə, qazilərə bu diqqət və qayğı siyasəti artan xətt üzrə davam edəcək", - deyə Asəf Əliyev bildirib.

Xatırladaq ki, imzalanmış yeni Fərmana əsasən, 2025-cü ilin 1 iyulundan:

  • Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün  Prezidentin aylıq təqaüdü – 700 manata çatdırılır;
  • Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
  • 81-100 faiz pozulmasına görə (I dərəcə) — 600 manata,
  • 61-80 faiz pozulmasına görə (II dərəcə) —  500 manata,
  • 31-60 faiz pozulmasına görə (III dərəcə) — 400 manata çatdırılır;
  • Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü — 2200 manata çatdırılır; 
  • Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü — 2000 manata çatdırılır;
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1700 manata çatdırılır;
  • Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 600 manata çatdırılır; 
  • Dəfn üçün birdəfəlik müavinət — 600 manata çatdırılır; 
  • Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:
  • 0-6 yaş arası uşaq üçün — 500 manata,
  • 7-13 yaş arası uşaq üçün — 600 manata,
  • 14-18 yaş arası uşaq üçün — 650 manata çatdırılır.
  • Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının: 
  • 81-100 faiz pozulmasına görə (I dərəcə) — 300 manata,
  • 61-80 faiz pozulmasına görə (II dərəcə) — 250 manata,
  • 31-60 faiz pozulmasına görə (III dərəcə) — 180 manata çatdırılır;
  • Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü — 350 manata çatdırılır;
  • Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)  Prezidentin aylıq təqaüdü — 250 manata çatdırılır;
  • Övladlığa götürülən hər uşağa görə aylıq müavinət  240 manata çatdırılır;
  • Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) — 140 manata çatdırılır;
  • Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət — 140 manata çatdırılır;
  • Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət — 140 manata çatdırılır;
  • Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) - 140 manata çatdırılır;
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət - 140 manata çatdırılır;
  • Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 120 manata çatdırılır;
  • Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
  • “Xalq” fəxri adına görə  —  300 manata,
  • “Əməkdar” fəxri adına görə — 200 manat çatdırılır; 

 

QAZİLER.AZ

 

Seçilən
23
qaziler.az

1Mənbələr