AZ

Avropada qaz qiymətlərini rekord həddə yüksəldi - Nə baş verir?

İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarından sonra Avropada təbii qazın qiymətləri kəskin şəkildə artıb. Bu, regionda daha genişmiqyaslı münaqişənin başlaya biləcəyi qorxularını artırıb. Qeyd edək ki, Yaxın Şərq enerji ehtiyatlarının qlobal tədarükündə mühüm rol oynayır. 

Valyuta.az xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.

Cümə günü “mavi yanacaq” üzrə fyuçerslər 5,7% bahalaşıb ki, bu da son beş həftənin ən yüksək artımı hesab olunur.

İsrailin hücumları İranda yerləşən nüvə obyektlərini hədəf alıb. Partlayış səsləri Tehranda və digər şəhərlərdə eşidilib. İran cavab olaraq İsrailin “çox yüksək qiymət ödəyəcəyini” bəyan edib. Müharibə ehtimalı “Ormuz boğazı” vasitəsilə həyata keçirilən enerji daşıyıcılarının nəqlinə ciddi təhlükə yaradır. Bu boğaz sıxılmış təbii qaz və neftin əsas nəqliyyat yoludur.

Hazırda gərginlik hələlik sıxılmış təbii qazın tədarükünə birbaşa təsir etməyib. Lakin jurnalistlərin qeyd etdiyinə görə, əgər gəmilər alternativ marşrutlardan istifadə etməyə məcbur olsalar, gecikmələr mümkündür.

“Rabobank”ın enerji strategiyası üzrə eksperti Florens Şmit bildirib ki, risk daha genişmiqyaslı regional eskalasiyada, xüsusilə də xam neft və təbii qazın əsas təchizatçıları olan “Qətər”, “Oman” və “BƏƏ” kimi ölkələrin prosesə cəlb olunmasındadır.

Şmitin sözlərinə görə, Qətər, Oman və Birləşmiş Ərəb Əmirlikləri dünyada sıxılmış qaz tədarükünün 18%-ni təmin edir. Qətər isə bu sahədə ilk üçlükdə yer alır. Onun fikrincə, bu ölkədən qaz ixracında baş verə biləcək istənilən pozuntu Avropada qiymətlərin 100 avro/MVt-saat səviyyəsinə, yəni 1000 avro (təxminən 1000 ABŞ dolları) / 1000 kubmetrə qədər qalxmasına səbəb ola bilər.

Paşa Məmmədli

Seçilən
29
valyuta.az

1Mənbələr