AZ

Kubada tələbələr dərs boykotları edir

Kubada mobil internet tariflərinin kəskin bahalaşması tələbələrin kütləvi narazılığına səbəb olub. Tələbələr təhsil müəssisələrində dərs boykotlarına çağırış edir, hökumətdən izahat və bəzi vəzifəli şəxslərin istefasını tələb edirlər.

AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, dövlətə məxsus Etecsa şirkəti heç bir xəbərdarlıq etmədən mobil internet qiymətlərini artırıb. Subsidiyalı paket ayda 6 GB üçün 360 peso (qara bazarda təxminən 1 dollar) təşkil etsə də, əlavə 3 GB üçün qiymət 3.360 peso (təxminən 9 dollar) olub. Bu isə aylıq maaşı orta hesabla 2.100 peso olan kubalılar üçün ağır yük sayılır.

Tələbələr bildirirlər ki, bu bahalaşma onlar üçün son nöqtədir. Əsas narazılıq isə hökumətin ABŞ dollarına artan asılılığına qarşıdır. Artıq ölkədə yalnız valyuta ilə alış-veriş edilən mağazalar və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir, vətəndaşlar xaricdəki qohumlarından maddi dəstək istəməyə məcbur qalır.

Tələbələr universitet rəhbərliyi ilə görüş tələb ediblər və bəzi fakültələrdə dərsə getməmə qərarı verilib. Prezident Migel Dias-Kanel tələbələrlə görüşüb, bu addımı “kommunikasiya səhvi” adlandıraraq, yalnız tələbələr üçün yeni subsidiyalı internet paketi təklif edib. Lakin tələbələr bu addımı “sükut yaratmaq cəhdi” kimi qiymətləndiriblər.

Kubada ictimai etirazlar xüsusilə universitet tələbələri arasında nadir haldır. Tələbələrin bir çoxu bu etirazın tarixi bir dönüş nöqtəsi olduğunu düşünür.

Seçilən
19
azedu.az

1Mənbələr