AZ

Paşinyan Türkiyəyə niyə gedir?

Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə səfərə edəcəyi barədə xəbər yayılıb.

Tribunainfo.az xəbər verir ki, rəsmi dairələr məlumatı təkzib etməyiblər.
Məlumatlarda qeyd edilir ki, Paşinyan və Ərdoğanın Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcəklər.
Baş nazirin müavini Mher Qriqoryan məlumatı təkzib etməyib. “Rəsmi açıqlamanı gözləyin”.
Paşinyanın Türkiyəyə qəfil səfər etməsinin bir neçə səbəbi ola bilər. Bir tərəfdən, onun Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bu addımı atdığı istisna deyil. İkinci detalı isə odur ki, Paşinyan Ankara-Bakı münasibətlərinin hansı yüksək səviyyədə olduğunu bilir. Və bundan istifadə edərək, Türkiyədən Azərbaycana Ermənistanla sülh sazişi imzalamaq üçün vasitəçilik etməsini istəyə bilər.

Fərda Uğur

Seçilən
8
tribunainfo.az

1Mənbələr