İranın qərbində yerləşən Qəsri Şirin və Kəngəvar şəhərləri yeni hücuma məruz qalıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Bu barədə iyunun 13-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) Telegram kanalında məlumat verilib.
“Bir neçə dəqiqə əvvəl Qəsri- Şirin və Kəngəvar bir neçə nöqtədən atəşə tutulub”, - nəşr yazır.
Bundan əlavə, İranın Radio Zamaneh radiostansiyası X sosial şəbəkəsində (keçmiş Twitter) Qəsri-Şirindəki sosial təminat şöbəsinin binasının tamamilə dağıdıldığını göstərən görüntülər yayımlayıb. Dağıntının miqyası, qurbanlar və mümkün tələfatlar barədə hələlik məlumat yoxdur.
QAZİLER.AZ