İsrailin İranın Natanz və Fordo nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində heç bir itki və dağıntı yoxdur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) sözçüsü Behruz Kamalvəndi bildirib.
"Xoşbəxtlikdən, tələfat və dağıntılar barədə məlumatımız yoxdur. Zərərlərin çoxu səthidir. Həm Natanz, həm də Fordo yerin dərinliklərindədir", - "Tasnim" xəbər agentliyi onun sözlərini sitat gətirir.
"Mən Fordoda idim və həmkarlarımla danışdım. Orada heç bir insident baş verməyib", - deyə o qeyd edib.