AZ

"Turizm saldosu 450 milyon dollara çatıb" - Günay Bayramova

"2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalının illik orta hesabla 3.8 faiz artıb".

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə təşkil olunan brifinqdə Agentliyin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova deyib.

 

O qeyd edib ki, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyər 30 faizə yüksələrək 2024-cü ildə 3.1 milyard manata çatıb.

 

Qurum rəsmisi 2017-2024-cü illərdə mehmanxana və mehmanxana tipli müəssisələrin sayının 44.4 faiz, onların birdəfəlik tutumunun isə 62 faizə yaxın artdığını vurğulayıb. 

 

G.Bayramova ötən il ümumi turizm saldosunun 31.5 faiz artaraq 450 milyon dollara çatdığını da sözlərinə əlavə edib.

 

 

Əzizə Zeynal 

 

 

 

Seçilən
42
1
sfera.az

2Mənbələr