AZ

"Karvan"ın məşqçilər korpusunda dəyişiklik - Debütant 2 tanınmış sima ilə anlaşdı

Növbəti mövsüm Premyer Liqada debüt edəcək "Karvan"ın məşqçilər korpusu müəyyənləşib.

Klubun mətbuat xidmətinin sözçüsü Bəhruz Musayevin Fanat.Az-a verdiyi məlumata görə, baş məşqçi Kənan Kərimova iki yeni köməkçi təyin olunub.

Azər Məmmədov Kərimovun əsas köməkçisi olacaq. Əslində isə matçın protokolunda "Kəpəz"in sabiq çalışdırıcısının adı qeyd olunacaq. Səbəb Kənan Kərimovun Pro kateqoriyasının olmaması ilə bağlıdır.

"Karvan"ın qapıçılarla işləyən məşqçisi daha bir tanınan mütəxəssis olacaq. Söhbət Hüseyn Məhəmmədovdan gedir. 

Fiziki hazırlıq üzrə məşqçi funksiyasını Birinci Liqada da eyni vəzifəni yerinə yetirən Zaur Hacıyev icra edəcək.

Mirağa

Seçilən
68
1
fanat.az

2Mənbələr