AZ

"Dünya dəyişir, region yenidən formalaşır" - Fərid Şahbazlı

"İllərdir ictimai rəydə İranla bağlı süni qorxu mifi yaradılıb. “İran güclü dövlətdir”, “sarsılmaz hərbi sistemi var”, “kimyəvi və raket silahlarıyla regionu idarə edir” kimi tezislər durmadan təkrarlanıb. Bu miflərlə həm daxili auditoriyaya, həm də qonşu ölkələrə psixoloji təsir göstərilməyə çalışılıb. Verilmək istəyən mesaj əslində bu olub: İran nə edirsə etsin, qorx, sus və tabe ol".

Bu sözləri AzNews.az-a ictimai fəal Fərid Şahbazlı deyib.

O, əlavə edib:

"Amma bu gecə baş tutan İsrailin son hücumu nəticəsində İranın çox sayda yüksək rütbəli hərbçisinin oldürülməsi başqa reallıqları ortaya qoydu.

Bu hadisə bir şeyi sübut etdi: İranın hərbi və texnoloji infrastrukturu XXI əsrin müasir döyüş taktikasına cavab verə bilmir. “Böyük güc” imici, əslində, daxildəki ideoloji təbliğat və regionda qorxu yaratmaq üçün qurulmuş illüziya imiş.

Seçilən
15
1
aznews.az

2Mənbələr