AZ

7 il ərzində turizm sektorunda yaradılan əlavə dəyər 30 faiz yüksəlib -Günay Bayramova

"İlkin qiymətləndirmələrə görə ötən il turizm sektorunun ölkə iqtisadiyyatında payının 4.5 faiz, o cümlədən qeyri-neft və qaz sektorunda isə 6.7 faizdir.
Bunu Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media nümayəndələri üçün  mediatur zamanı keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova deyib.

 O, həmçinin 2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalının illik orta hesabla 3.8 faiz artdığını, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyərin 30 faiz yüksələrək 2024-cü ildə 3.1 milyard manata çatdığını bildirib.

Günay Bayramova 2017-2024-cü illərdə mehmanxana və mehmanxana tipli müəssisələrin sayının 44.4 faiz, onların birdəfəlik tutumunun isə 62 faizə yaxın artığını vurğulayıb.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
26
2
ikisahil.az

3Mənbələr