İran prezidenti Məsud Pezeşkian xalqa müraciətində İranın cavabının İsraili peşman edəcəyini vurğulayıb.
Yenisabah.az təsnim-ə istinadla xəbər verir ki, onun fikrincə, bütün beynəlxalq öhdəliklərə zidd olan hücum İsrailin mahiyyətini təsdiqləyir:
"Əlbəttə İran xalqı və ölkə rəhbərliyi susmayacaq və İranın qanuni və güclü cavabı onları bu hərəkətinə peşman edəcək. İran dünya və regionda sülh və əmin-amanlıq üçün bütün səylərini göstərdiyi və sülhsevərlik istiqamətində uzunmüddətli danışıqlara və dünyaya etimad yaratmağa tam hazır olduğunu sübut etdiyi qədər hücuma cavab vermək və ölkənin bütövlüyünü qanuni müdafiə etmək üçün də qətiyyətlə hərəkət edəcək”.
M.Pezeşkian İran xalqını saxta xəbərlərdən çəkinməyə də çağırıb:
“İran xalqından xahiş edirəm ki, öz birliyini, bütövlüyünü və həmrəyliyini qoruyub saxlasın, şayiələrə və yanlış xəbərlərə diqqət yetirməsin. Ölkənin bu vəziyyətdən daha güclü çıxması üçün dövlətlə əməkdaşlıq etsinlər. Çünki İran hökuməti bütün gücü və varlığı ilə xalqına xidmət edəcək”.
Telegram kanalımız