AZ

Bu ərazidə yaşayanlara ŞAD XƏBƏR Mərkəzləşmiş içməli su şəbəkəsinin inşasına başlanacaq

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qobu qəsəbəsində mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Mövcud olan xətlər sakinlər tərəfindən primitiv üsulla çəkilib. Primitiv üsulla zamanında su xətti çəkən vətəndaşlar Xidmətin mövcud anbarlarından gələn su ilə təmin edilirlər.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Regional Su Meliorasiya Xidmətindən bildirilib. 

Qeyd olunub ki, bu səbəblə də onlar su sərfiyyatına görə ödənişlərini edirlər. Lakin onların su təchizatı tam standartlara uyğun formada həyata keçirilə bilmir, çünki normativ qaydalara əsasən hər bir vətəndaşın ünvanına gələn su xətti 32 mm diametrli olmalıdır və bu yalnız 1 abonentin su təchizatını qarşılamalıdır. İndiki vəziyyətdə isə bu ölçüdən kiçik diametrli borulara 1 yox bir neçə sakinin qoşulması halı mövcuddur. Bu baxımdan hazırda su təminatında çətinliklər yaşanmaqdadır. 

"Məlumdur ki, yay aylarında əhalinin suya olan tələbatı artır, bu da su ehtiyatlarının daha səmərəli idarə olunmasını zəruri edir. Bununla bağlı abonentlərin su təchizatını təmin etmək məqsədilə mövcud su mənbələrində monitorinqlər gücləndirilir, nasos stansiyaların və magistral xətlərin fəaliyyəti təkmilləşdirilir. Həmçinin suyun verilmə qrafikləri də optimallaşdırılır. Eyni zamanda yay aylarında içməli suyun ədalətli paylanılması üçün abonentlərə sudan qənaətlə istifadəni tövsiyə edirik", - deyə məlumatda qeyd olunub.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd olunub ki, içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Sözügedən ərazidə mərkəzləşmiş içməli su şəbəkəsinin inşası Agentliyin tədbirlər planına daxil edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
baku.ws

2Mənbələr