AZ

“ABŞ İsrailin İrana hücum planında dolayı yolla iştirak edir”- Politoloqdan AÇIQLAMA

ABŞ-ın dəstəyi olmadan İsrailin İrana hücum etməsi və hücumdan sonra onun müdafiə olunması prosesində Vaşinqtonun iştirak etməməsi mümkün deyil.

Bu fikirləri politoloq Xəyal Bəşirov News365.az-a açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, son günlər ABŞ rəsmiləri tərəfindən səsləndirilən bəyanatlar 2022-ci ilin əvvəlində Rusiya-Ukrayna müharibəsi ərəfəsindəki ritorikanı xatırladır:

“Həmin vaxt ABŞ dəqiq tarix və saatla Rusiyanın Ukraynaya nə zaman hücum edəcəyini açıqlayırdı. İndi isə bənzər ssenarini İsrail-İran gərginliyində görürük. ABŞ rəsmiləri son günlər açıq şəkildə bildirirlər ki, İsrailin İrana hücum planı artıq masadadır.”

Xəyal Bəşirov hesab edir ki, ABŞ bir tərəfdən İranla nüvə danışıqlarını davam etdirdiyini bildirsə də, digər tərəfdən İsrailin hücum planlarına qarşı qeyri-səmimi mövqe nümayiş etdirir:

“Vaşinqton hücumu açıq şəkildə dəstəkləmədiyini desə də, əslində prosesə dolayı yolla dəstək verir. Əgər bu hücum İranla nüvə danışıqlarını pozacaqsa, ABŞ rəhbərliyi baş verə biləcək nəticələrin məsuliyyətini də bölüşməlidir.”

Politoloq əlavə edib ki, əgər hücumdan sonra İran tərəfi masaya əyləşməyəcəksə, bu, ABŞ-ın təşviq etdiyi diplomatik səylərin uğursuzluğa düçar olacağını göstərəcək:

“Donald Tramp da bu məsələyə münasibət bildirərək qeyd etmişdi ki, baş verən hücum nəticəsində həyatını itirənlərə görə İranın danışıqlara oturmayacağı gözləniləndir. Bu şəraitdə ABŞ-ın prosesdən tam kənarda qalması inandırıcı deyil.

Seçilən
3
news365.az

1Mənbələr