AZ

İran AEBA-nı təcili iclas keçirməyə çağırdı

İran xarici işlər naziri Abbas Araqçı İsrailin ölkəsinin nüvə obyektlərinə hücumu ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossini İdarə Heyətinin təcili iclasını keçirməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran XİN-in teleqram kanalında məlumat yayılıb.

“İran XİN rəhbəri Abbas Araqçı AEBA-nın baş direktoru Rafael Qrossiyə məktub göndərib. Məktubda onu İsrailin İranın nüvə obyektlərinə hücumlarını qətiyyətlə pisləməyə çağırış edilib”, - məlumatda qeyd olunub.

Bildirilir ki, Araqçı, həmçinin agentliyin rəhbərini vəziyyəti nəzərdən keçirmək üçün İdarə Heyətinin təcili iclasını keçirməyə çağırıb.

Seçilən
34
qafqazinfo.az

1Mənbələr