AZ

“Təcavüzkar hərəkətlərini dərhal dayandırmalıdır!” Türkiyədən sərt BƏYANAT

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ankara İsrailin İran ərazisinə endirdiyi hava zərbəıərini kəskin şəkildə pisləyir.

“AzPolitika” “Anadolu” agentliyinə istinadla bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin az əvvəl yaydığı bəyanatında deyilir.

Nazirlik qeyd edib ki, Təl-Əvivin hərəkətləri beynəlxalq hüququn açıq şəkildə pozulması və İsrailin regionda sabitliyi pozan strateji siyasətinin həyata keçirilməsinə xidmət edən təxribatdır.

Türkiyə Xarici İşlər Nazirliyi hücumların İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşməsi ilə eyni vaxtda həyata keçirildiyini vurğulayıb.

“Bu, onu göstərir ki, Benyamin Netanyahu hökuməti heç bir məsələni diplomatik yollarla həll etmək istəmir, öz maraqları naminə regional sabitliyi və qlobal sülhü təhlükəyə atmaqdan çəkinmir”, - bəyanatda deyilir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrail daha genişmiqyaslı münaqişələrə səbəb ola biləcək təcavüzkar hərəkətlərini dərhal dayandırmalıdır.

"Bir daha bildiririk ki, Yaxın Şərqdə qan tökülməsinin və dağıntıların artmasını görmək istəmirik. Biz beynəlxalq ictimaiyyəti müharibənin genişlənməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq", - Türkiyə Xarici İşlər Nazirliyi vurğulayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
azpolitika.info

1Mənbələr