ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Bu gündən dünənə nəzər saldıqda aydın görünür ki, 1993-cü ilin 15 iyununda Ümummilli Lider ali hakimiyyətə qayıtmaqla Azərbaycan xalqını qarşılaşdığı bəlalardan qurtardı. Böyük Qayıdış böyük Qurtuluşun başlanğıcı oldu. Bu Qayıdış ən birinci yenicə əldə etdiyimiz müstəqilliyin taleyini dəyişdi. Bərpa etdiyimiz müstəqillik 1918-ci ildə qazandığımız müstəqillikdən fərqli taleyə malik oldu: müstəqilliyin məhvi üçün 1918-ci ildə hazırlanan eynisüjetli ssenarinin qarşısı Ulu Öndər tərəfindən alındı.
Ölkəni bürümüş xaos, anarxiya və qarşıdurmaya son qoyuldu. Hansı ki, Ulu Öndər bunu artıq Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi illərdən başlamışdı. Beləliklə, 15 İyun– Milli Qurtuluş Günü Azərbaycan təqviminə böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün kimi yazıldı. Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev günü kimi yazıldı.
1990-cı illərdə ölkədəki özbaşınalığın, hakimiyyət uğrunda mübarizələrin, öz mövqeyini xalqdan, onun tarixindən, ata-baba yurdundan üstün tutanların səriştəsizliyi nəticəsində işğal olunan torpaqlarımızın bir gün azad olunması məsələsi də Qurtuluş Günündən başlandı. Yəni belə bir nəticəyə gəlmək olur ki, böyük Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycan da ola bilməzdi, əldə etdiyimiz Zəfər də.
15 İyunda imzalanan Şuşa Bəyannaməsi
Şuşa 2020-ci ilin 44 günlük İkinci Vətən müharibəsinin sonuncu günü-noyabrın 8-də azad edildi. Qarabağın tacı olan bu yurdu azad etmək onun coğrafi mövqeyinə görə olduqca çətin idi. Necə ki, illər əvvəl Şuşa işğal olunanda bir-birimizə sual verirdik ki, necə oldu ki, Şuşa işğal olundu. Axı bu, mümkün deyildi. Yəni nankor ermənilər minlərlə metr yüksəklikdə yerləşən, sərt qayalarla əhatə olunan bu şəhəri necə asanlıqla əldə edə bilmişdilər. Təbii ki, sonralar bu suala cavab tapa bildik. Anladıq ki, Şuşa satılan yurd yerlərimizdən biri, müdafiəsinə ov silahı ilə çıxmış soydaşlarımızın səsinə səs verməyənlərin güdazına gedən torpağımız olmuşdu.
Elə coğrafi mövqeyinə görə də çətinliklə düşməndən geri alındı. Bu barədə dövlətimizin başçısı deyir: Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı.
Bu möhtəşəm bəyannamənin məhz 15 iyun tarixdə imzalanması təsadüfi hadisə deyildi. Hələ Naxçıvanda fəaliyyət göstərdiyi üç il ərzində torpaqların işğal olunmasına ürək yanğısı ilə yanaşan, bütün çıxışlarında Qarabağın bir gün düşməndən geri alınacağını bildirən Ulu Öndərin bu, ən böyük arzusu idi. Hakimiyyətdə olduğu dövrdə hərtərəfli işlər görsə də, Azərbaycanın haqq səsini dünyaya təqdim etsə də, ömür torpaqlarımızın azad olmasını görməyi Ona nəsib etmədi. Bu barədə 2022-ci ildə-Ümummilli Liderin doğum günündə Şuşada olan və xalqa müraciət edən dövlətimizin başçısı İlham Əliyev deyirdi: Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.
Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.
15 İyunun xalqın xilası üçün başlanğıc olduğunun sonrakı illərdə hər bir vətəndaş şahidi oldu. Heydər Əliyev siyasi xəttinin uğurla və böyük məsuliyyətlə davam etdirilməsi ölkəmizin inkişafı, milli ordumuzun təkmilləşməsi ilə yanaşı, torpaqlarımızın da azad edilməsi ilə nəticələndi.
Şuşa Bəyannaməsinin imzalanması günü də Qurtuluşun təntənəsi olan və dövlətçilik ənənələrini özündə ehtiva edən 15 iyun gününə müəyyən edilmişdi. Dövlətimizin başçısının bəyanatla çıxışında dediyi kimi: İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.
Qars müqaviləsindən 100 il sonra Azərbaycan-Türkiyə qardaşlığının dünyaya mesajı
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki dövlət arasında qədim olan dostluq və qardaşlıq münasibətlərinin yeni dövrdə bütün dünyaya mesajı oldu.
Şuşa bəyannaməsi dünyanın diqqətini Şuşaya cəlb etmişdi. Bu, həm işğaldan azad edilmiş torpaqda keçirilən ilk böyük tədbir, həm də qardaşlığın yeni mərhələsinin dünyaya bəyan edilməsi idi. Siyasi-diplomatik, həm də hərbi-strateji əhəmiyyət kəsb edən Bəyannamə iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğuna dünyanı şahid etdi.
Dövlətimizin başçısının Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Qars müqaviləsini xatırlaması bir təsadüf deyildi. Bu, Qars müqaviləsinin imzalanmasından 100 il sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında birgə bəyannamənin imzalanmasının rəmzi mənasını əks etdirirdi. Və iki dövlət arasında münasibətlərin əsrlərə söykəndiyini, eyni zamanda 1921-ci il tarixli Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyənin 100 ildən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanətçisi olduğunu özündə ehtiva edirdi. Ona gərə də Şuşa Bəyannaməsi nəinki müstəqillik illərinin, ümumilikdə Azərbaycan diplomatiya tarixinin ən mühüm sənədlərindən biri hesab olunur.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
İki dövlətin ümumi maraqlarının qorunmasına, yeni imkanların birləşdirilməsinə, eləcə də ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən Şuşa bəyannaməsini 2020-ci ildə Azərbaycan torpaqlarının 270 ildən sonra ilk dəfə azad olunmasına başlanması kimi, qədim münasibətlərə yeni mərhələdə başlanmasının da uğurlu nəticəsi adlandırmaq olar.
Şuşa bəyannaməsi iki dövlətin gücünü dünyaya bir mesaj kimi təqdim etdi. Bu güc tək siyasi-diplomatik, hərbi strateji məsələlərdə deyildi. Eyni zamanda iki dövlət arasındakı qədim milli-mənəvi dəyərlərə söykənən türkçülük, birlik, həmrəylik prinsipinin yaşadılmasında, iki dövləti bir-birinə bağlayan amillərdə idi.
İki dövlət arasında hərtərəfli müttəfiqlik münasibətləri
Bu barədə Prezident İlham Əliyev bəyanatla çıxışında deyirdi: Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.
Bəli, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin bəyannamədə əks olunması da tarixi nailiyyətdir. Qardaş ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının böyük rol oynadığını nəzərə alsaq, Azərbaycan bu sahə üzrə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylər göstərir. Müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn bu tədbirlər iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasına, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasına xidmət edir.
Şuşa bəyannaməsi iki dövlətin bir-birinin təhlükəsizliyinə təminat verməklə, eyni zamanda regionun təhlükəsizliyinə təminat yaradır. Bu, həm də 2010-cu il avqustun 16-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”nin müddəalarını da bir daha gündəmə gətirir.
Hər iki ölkənin iqtisadi qüdrətini artıran Bəyannamə artıq işğaldan azad edilmiş ərazilərə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırıb. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Regionun artan investisiya potensialı isə gələcəksə yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır.
Şuşa bəyannaməsində yer alan müddəalardan biri də böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin bərpasıdır. Bu möhtəşəm layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu dəhliz həmçinin Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək.
Zəngəzur dəhlizinin bərpa edilməsi, eyni zamanda 30 ildən artıq bir zamanda blokada şəraitində yaşayan Naxçıvana quru yolun bərpa edilməsi, Naxçıvanın blokadadan çıxması ilə nəticələnəcək. Bu sahədə mütərəqqi addımlar atılıb. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin böyük geosiyasi əhəmiyyətə malik nəqliyyat vasitəsi olmasını görəcəyik.
Ümumiyyətlə, hər bəndi Azərbaycan-Türkiyə dostluq və qardaşlığını daha da artıran Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.
Şuşa Bəyannaməsi-yeni dövrün nizamı
Prezident İlham Əliyev 15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanlandığı müraciətdə deyirdi: Qürurverici haldır ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidir.
Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, iki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır.
Qurtuluşun və böyük Zəfərin təntənəsi olan, Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində dörd il əvvəl imzalanan tarixi Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə, eləcə də dövlətimizin başçısının vurğuladığı kimi, yeni dünya düzəninə mühüm töhfədir. Xalqımız zamanı çatanda bu töhfələrin də sahibi olacaq.
Mətanət Məmmədova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.