İranın müxtəlif kritik nöqtələrinə, xüsusilə Natanz nüvə obyektinə 300-dən çox hava hücumu təşkil edən İsrail ordusu yeni hücuma keçib.
Tribunainfo.az xəbər verir ki, İsrail İranın ən böyük şəhəri kimi tanınan Təbriz şəhəri yaxınlığındakı hava limanı vurulub, ərazidən qatı tüstü qalxıb.
Hücumların hədəfi Təbriz, Kirmanşah, Xuzistan, İlam və İsfahan əyalətlərindəki Natanz Nüvə Müəssisəsi, eləcə də bəzi digər ərazilər olub.
Gecə yarısı başlayan hücumları davam etdirən İsrail ordusu İranın Təbriz şəhərində hava limanı yaxınlığında zərbələr endirib. Ərazidən qatı tüstü qalxıb. İran mətbuatı hücumu “İsrailin şiddətli hücumunun hədəfi Təbrizdir” sözləri ilə açıqlayıb.
İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz bölgədəki ən böyük türk şəhəri kimi tanınır. Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarət olan şəhər həm də İranın dördüncü böyük şəhəri və mühüm sənaye mərkəzidir.
Dəniz Pənahova