AZ

İstirahət günləri otellərə necə təsir edir? Minimum və maksimum QİYMƏTLƏR

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sabahdan başlayaraq Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq.  Həm tətil, həm də havaların isti keçməsi səbəbilə insanlar belə vaxtlarda istirahət üçün bölgələrə üz tutur. 

BAKU.WS-in məlumatına görə, hazırda otel, gündəlik kirayə ev və villa qiymətlərində ciddi bahalaşma müşahidə olunur.

Belə ki, Azərbaycanın şimal zonalarında - Quba və Qusarda yerləşən otellərdə 14, 15 və 16 iyun tarixlərində iki nəfərlik standart otaqların qiyməti 100 manatdan başlayır və 500 manata qədər yüksəlir. Səhər yeməyi daxil olarsa, otelin qapalı hovuzu, spa və digər xidmətləri varsa bu zaman qiymətlər daha da yüksələ bilər. 

Ən çox tələbatın müşahidə olunduğu Lənkəran, Astara və Lerik rayonlarında gündəlik kirayə evlərin qiymətləri son günlərlə müqayisədə 80-100 manat arasında artıb. Əvvəllər 150–180 manata təklif olunan evlər bu günlərdə 250 manata qədər qalxıb.

Tətil üçün daha çox rahatlıq axtaran ailələr hovuzlu villalara üstünlük verir ki, bu da qiymətlərin daha da yüksəlməsinə səbəb olur. Astara bölgəsində hovuzlu villa 1 günlük 300–500 manat civarına təklif edilir.

Turistlərin sevimli məkanlarından sayılan Şəki və Şamaxı rayonlarında da otellər və kirayə evlər bayram günləri üçün qiymətlərini xeyli artırıb. Şəki şəhərində adi həftə içi günlərində 200 manata icarəyə verilən villalar hazırda 350–400 manat arası təklif olunur. Şamaxıdakı otellərdə isə qiymət artımı 80–150 manat arası dəyişir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Bəzi məşhur otellərdə bir gecəlik qalmaq üçün minimum qiymət 250 manatdan başlayır, lüks otaqlarda isə bu məbləğ 500 manatı keçə bilir.

İstirahət günlərinin ardıcıl olması və məktəblərdə dərslərin başa çatması səbəbilə ailələr xüsusilə tətil fürsətindən istifadə etmək istəyir. Səyahət agentlikləri və onlayn kirayə platformaları bu günlərdə təxminən 2-3 dəfə daha çox müraciət aldığını bildirir.

Qeyd edək ki, bölgələrə axın nəqliyyatda da hiss olunur. Bakıdan çıxan əsas magistral yollarda – Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Astara istiqamətlərində sıxlıq müşahidə olunur. Avtobus biletləri isə demək olar ki, əvvəlcədən satılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
baku.ws

2Mənbələr