Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən Ağdam rayonu, Sarıcalı və Kəngərli kəndləri üzrə Tibb məntəqəsinin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Dövlət qurumu 1,3 milyon manatlıq pikaplar alır - ŞƏRTLƏR
FEd.az xəbər verir ki, ləğv edilmə səbəbi olaraq qeyd edilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun gəlməyib. Bu qərar “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.2-ci maddəsinə əsaslanaraq qəbul edilib.
Tenderin ehtimal olunan qiyməti 702.873,15 manat təşkil edirdi. Müsabiqə 14 aprel 2025-ci il saat 15:32-də dərc olunmuş, təkliflərin son təqdim edilmə tarixi və eyni zamanda zərflərin açılış vaxtı isə 5 may 2025-ci il saat 16:00 olaraq müəyyənləşdirilmişdi.
Qeyd edək ki, satınalma prosesi elektron satınalma platforması üzərindən həyata keçirilirdi. Lakin nəticədə heç bir iştirakçının təklifi texniki və hüquqi tələblərə cavab vermədiyi üçün tender baş tutmamış hesab olunub və müsabiqə ləğv edilib.