“Liverpul” yarımmüdafiəçi Florian Virtsin transferi ilə bağlı “Bayer”lə prinsipial razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Mersisayd təmsilçisi 21 yaşlı futbolçunun transferi üçün ümumilikdə 117 milyon avro əsas məbləğ və 18,7 milyon avro bonus olmaqla, 135,7 milyon avro ödəməyə hazırdır. Müqavilənin maliyyə şərtləri 100 milyon funt-sterlinq zəmanətli ödəniş və 16 milyon funt-sterlinq bonusu əhatə edir.
Əlavə ödənişlərin böyük hissəsi “Liverpul”un beynəlxalq turnirlərdə qazandığı uğurlar və alman oyunçunun fərdi performansı ilə bağlı şərtlərə əsaslanacaq. Transferin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.
Almaniya çempionatının 2024/2025 mövsümündə 22 yaşlı Florian Virts 31 oyun keçirib, bu oyunda 10 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasında 9 oyun, 6 qol və 1 məhsuldar ötürmə də var.