AZ

Haaretz: “İrana qarşı gecə hücumu əməliyyat yox, əvvəlcədən planlaşdırılmış müharibədir”

İsrail Müdafiə Qüvvələri (İMQ) İrana qarşı həyata keçirilən son gecə hücumunun adi hərbi əməliyyat deyil, aylarla əvvəl planlaşdırılmış müharibənin bir hissəsi olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin nüfuzlu Haaretz nəşri yayıb.

İsrail ordusunun nümayəndələri bildiriblər ki, bu genişmiqyaslı hücum Qəzza, Livan və Yəməndə aparılan hücumlarla paralel şəkildə planlaşdırılıb və bölgə üzrə ümumi strategiyanın tərkib hissəsidir.

“Bu, sadəcə hərbi əməliyyat deyil. Biz bu hücumu aylarla planlaşdırmışdıq. Gecə həyata keçirilən zərbələrdə İran rejiminin yüksək rütbəli rəsmiləri, nüfuzlu nüvə alimləri və müxtəlif hərbi infrastruktur obyektləri hədəfə alınıb,” – deyə İMQ bəyan edib.

İsrail ordusu əlavə edib ki, əməliyyat üçün optimal vaxt və taktiki şərait xüsusi seçilmişdi:
“Biz tapşırıqları yerinə yetirmək və düşməni hazırlıqsız yaxalamaq üçün ən uyğun vaxtı müəyyənləşdirdik.”

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr