Son altı ayda işğaldan azad olunan ərazilərdə ekoloji hüquq pozulmalarında artım müşahidə olunub.
"Report"un Qarabağa ezam olunmuş müxbiri xəbər ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.
Onun sözlərinə görə, buna səbəb insanların bu ərazilərə köçürülməsi ola bilər:
"Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərə istirahət məqsədilə gələn şəxslərin də özləri ilə gətirdikləri əşya və qidaların ətrafa tullanılması da problemlərdən biridir. Hər kəs bu sahədə qoyulmuş qaydalara və ekoloji tələblərə riayət etməlidir".