AZ

Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın neoimperial maraqları qarşısında mövqeyini qoruyur

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Rusiya tərəfi anlayır ki, Azərbaycan və Ermənistan Rusiyanın NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə bağlı narahatlığını başa düşür və Şimali Atlantika Alyansı kimi “aqressiv hərbi blok”la əməkdaşlığın dərinləşdirilməsi risklərindən xəbərdardır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "NATO Cənubi Qafqazın təhlükəsizliyinə yaxşı heç nə gətirmir. Əksinə, qərblilərin çox yaxşı başa düşdüyü kimi, əsas məqsədi regionda sabitliyi pozmaq, onları bir-birinə qarşı qoymaq və yeni gərginlik nöqtələri yaratmaqdır. Ümid edirik ki, həm Bakı, həm də İrəvan bu məsələ ilə bağlı haqlı narahatlığımızı eyni dərəcədə başa düşəcəklər və diplomatik əməkdaşlığın dərinləşdirilməsi risklərini tam qiymətləndirəcəklər"-deyə Zaxarov bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya qarşıdakı dövrdə ABŞ-ın həm Ermənistanla, həm Azərbaycanla inkişaf edən münasibətləri ilə əlaqədar NATO təhdidini dilə gətirir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Şəhla Cəlilzadə

“Rusiya XİN sözçüsü Zaxarova həm Azərbaycana, həm Ermənistana NATO ilə münasibətlərdə ehtiyatlı olmağı “tövsiyyə edir”, NATO-nun mövcud olduğu ərazilərə sabitlik gətirmədiyini iddia etməklə bir növ xəbərdaredici təzyiq tonuyla danışır. Lakin, aydındır ki, Ermənistan nə qədər Qərbə yönəlmək istəsə də, Rusiyanın hərbi bazaları bu ölkə ərazisində qaldığı və Ermənistan iqtisadiyyatının bu qədər Rusiyaya bağlı olduğu müddətcə Ermənistan Qərblə inteqrasiyanı dərinləşdirə bilməz”-deyən politoloq bildirib ki, əks təqdirdə, seçki öncəsi dövr hadisələri “İrəvan Maydanı”na çevrilə bilər.

Azərbaycana ilə bağlı politoloq qeyd edib ki, ölkəmiz balanslı siyasət ilə beynəlxalq arenada uğurlu diplomatik gedişlər edir, Rusiyanın diplomatik təzyiqlərinə və açıq bəyanatlarına baxmayaraq, onun işğalçı siyasətini tanımayaraq öz qəti mövqeyi ilə Rusiyanın neoimperial maraqları qarşısında heç zaman boyun əyməyəcəyini, siyasət ədəbinin zirvəsini nümayiş etdirir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr