AZ

“Mingəçevir” adını dəyişir

Birinci liqa təmsilçisi “Mingəçevir”in gələn mövsümdən adını dəyişəcəyi ilə bağlı çoxdan xəbərlər dolaşır.

Klubun adına yeni sponsorun, yəni “Azerbaijan Sport Talents Academy” şirkətinin abbreviaturası ASTA da əlavə olunacaq. Bu xəbəri dəqiqləşdirmək üçün “Mingəçevir”in mətbuat katibi Elnur Qasımova müraciət etdik:
“Biz bunun yayılmasını istəmirdik. Daxildən mediaya məlumat sızdırılıb. Doğru məlumatdı. Hazırda bununla bağlı sənədləşdirmə işləri gedir. Klubun adı, çox güman, “ASTA Mingəçevir” olacaq”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
17
1
football-plus.az

2Mənbələr