Dias "Bluesky" platformasında paylaşım edərək bildirib:
"Qəzzadakı soyqırımdan tutmuş İrana endirilən hava zərbələrinə qədər - Netanyahu dünyanı hərbi eskalasiyaya aparır".
İspaniya hökumətinin yüksək vəzifəli rəsmisi beynəlxalq hüququn qorunmasına, vəziyyətin təcili olaraq gərginlikdən çıxarılmasına və İsrail rejiminə qarşı sanksiyaların tətbiqinə çağırıb:
"Biz beynəlxalq hüquqa hörmət göstərilməsini, israilli rejimə qarşı dərhal sanksiyaların tətbiqini və bütün xalqlar üçün ədalətli və davamlı sülhə aparan çoxtərəfli yolun qurulmasını tələb edirik", - deyə Dias vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31