AZ

İran və İsrail: Lokal toqquşma genişmiqyaslı müharibəyə çevriləcək?

İsrailin 200-dən çox hərbi təyyarə ilə İrana aviazərbələr endirməsi bölgədə narahatlıq doğurub. 


Hazırda qonşu ölkələri narahat edən əsas məsələ bu münaqişənin böyük müharibəyə çevrilməsi ehtimalıdır.


Bəs belə bir ehtimalın reallaşması mümkündürmü?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan qeyd etdi ki, İsrailin İrana hücumu gözlənilən idi. Onun sözlərinə görə, zərbələrin davam etməsi İranın göstərəcəyi reaksiyadan asılı olacaq:

 

“Əgər İsrail kəşfiyyat məlumatları əsasında istədiyi hədəflərə çatıbsa, hücumları dayandıra bilər. Lakin İranın cavabı dağıdıcı olarsa və İsrail qarşı tərəfin hədəflərini tam məhv edə bilməyibsə, əməliyyatlar davam edəcək”.


T.irfan qeyd edib ki, iki ölkə arasında genişmiqyaslı müharibə ehtimalı azdır. Bununla belə, o, lokal hücumların bölgə üçün ciddi təhdid yaratdığını vurğulayıb:

 

“Bu cür gərginlik regionda sülhü və sabitliyi təhlükə altına salır. Münaqişə həm iqtisadi əlaqələrə, həm də regional iqtisadi inkişafa mənfi təsir göstərə bilər”.
Ekspertin fikrincə, belə bir gərginliyin olacağı əvvəlcədən bəlli idi: "ABŞ-nin İranla apardığı danışıqlar nəticə verməyəcəkdi, bu proses sadəcə İranın mövqeyini öyrənmək üçün idi. ABŞ, İsrail strateji hədəflərə zərbə endirənə qədər neytral mövqe görüntüsü yaradacaq. Lakin son mərhələdə İsraili hərbi, siyasi və iqtisadi cəhətdən dəstəkləməyə davam edəcək”.

 


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
18
1
sfera.az

2Mənbələr