AZ

"Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbiri keçirildi - FOTOLAR

“Oriqami” uşaq  və yeniyetmələr ictimai birliyi 05 iyun 2025-ci il tarixində Maştağa qəsəbəsi 255 № li tam orta məktəbin pedaqoji kollektivinin  üzvləri və 30 nəfər şagird kontingentinin iştirakı ilə “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin  yekun  tədbirini keçirmişdir.

QHT.az xəbər verir ki, bu barədə layihənin rəhbəri  Namiq Nəcəfov məlumat verib. Onun sözlərinə görə, tədbirin təşkili üçün məktəbin İdman zalında   hazırlıq  işləri görülmüşdü. Layihənin rolapı qurulmuş, masaların üstünə yol hərəkətinin təhlükəsizliyinə dair yol nişanları düzülmüş, xüsusi turacaqlarda məlumat daşıyıcıları və layihənin loqolu, təsvirli atributları qoyulmuşdu. “Oriqami” təşkilatı layihəyə qoşulmuş 15 qız və15 nəfər oğlan ,cəmi 30 nəfər şagirdin rəğbətləndirilməsi məqsədi ilə 30 dəst  loqolu,təsvirli  xüsusi dəst, tərkibində - loqolu papaq və loqolu, təsvirli qısaqol köynək, loqolu təsvirli iştirakçı Sertifikatlı, loqolu, təsvirli Poster, vımpel, loqolu, təsvirli 30 ədəd hədiyyə çantaları sifariş etmişdi. Hədiyyələrin say tərkibini göstərmək üçün onlar masaların üstünə düzülmüşdü.

“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirində, praftik olaraq piyada mədəniyyətinin aşılanması prosesində şagirdlərin aldıqları yeni məlumatlar, yol hərəkətinin təhlükəsizlik qaydalarına dair nəzəri biliklər, yolda, piyada zolaqlarından  düzgün istifadə davranışı, yolu keçərkən  təhlükəsiz davranış qaydalarının  nümayişi  məqsədi ilə “ Oriqami” uşaq birliyi  İdman zalının mərkəzində “ 4 yol ayrıcı“ dekorasiyasını qurmuş, burada 4 işıqfor yerləşdirilmiş, piyadalar üçün  4 keçid zolağı salınmışdı. 4 tərəfdən yol ayrıcını “səkilər” əhatə edir və yolun hüdudlarını göstərirdilər.

     “ 4 yol ayrıcı“- na xüsusi aşırma geyimlərdən istifadə edən uşaqların cəlb olunması  prosesi canlandırır və  maraqlı oyun əsnasında iştirakçılara yol hərəkətinin təhlükəsizlik qaydalarını nümayiş etditrməyə imkan yaradırdı. 30 nəfər məktəblinin hər biri,  prosesə cəlb olunmuşdular.Onlar , həm piyada rolunda, həm də  xüsusi  geyimləri  ilə - üzərində çəkilmiş  gösrtəricilərlə - ” yol patrul xidmətinin əməkdaşı”,”tramvay”, “tpoleybüs”, “avtobus”,”minik maşını”,”yanğından mühafizə avtomobilı”, ”taksi”, “ yük maşını”,”təcili yardım” biri birindən fərqlənsələr də, ümumi yol hərəkəti prosesinin,piyada mədəniyyətinin formalaşmasında fəal iştirakçılara çevrilmişdilər. “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” yekun tədbiri saat 12-00 da başladı. Layihənin rəhbəri N.Nəcəfov tədbirə toplaşanları salamladı, “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin məktəblilər üçün fərdi təhlükəsizlik baxımından  böyük əhəmiyyətini  qeyd etdi. Sonra  “4 yol ayrıcı“ dekorasiyası üzərində şagirdlərin iştirakı ilə rollu, situativ oyun keçirildi.30 şagird layihə nətiçəsində əldə etdikləri bilikləri, qazandıqları düzgün, təhlükəsiz davranış qaydalarını əyani olaraq,  nümayiş etdirdilər.

Layihənin yekun tədbirində iştirak edən 255 № li tam orta məktəbin direktoru Mətanət Məmmədova,TTIDM Zülfiyyə İsmayılova, TTIDM  Firuzə Cəfərova, UBTR Xəyalə İsgəndərova, şagirdlərin piyada mədəniyyətinə yiyələnmələri istiqamətində nümayiş etdirdikləri təhlükəsiz davranış qaydalarını,onların uğuru kimi qeyd etdləri və məktəblilərə həmişə yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməyi tövsiyyə etdilər.

Yekun tədbirdə  məktəbin pedaqoji kollektivinin  iştirakı ilə şagirdlərə loqolu Sertifikat, loqolu Hədiyyə çantası, loqolu xüsusi geyim dəsti təqdim etdilər. 255 № li tam orta məktəbə layihənin Posteri və Vımpel təqdim olundu.

Şagirdlər tədbirdən xoş əhval-ruhiyyə ilə ayrıldılar. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsi məktəblilərdə məmnunluq doğurdu. Oğlan və qızlar yeni-eni  layihələrdə iştirak etmək arzularını bildirdilər.

Seçilən
33
4
qht.az

5Mənbələr