AZ

Türkiyə Cənubi Qafqazda güclənmə siyasəti aparır, bu da bölgənin siyasi iqtisadi rifahına təsir edir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

“Bu ay Kahramanmaraşda Azərbaycanın bərpa etdiyi məhəllənin açılışı olacaq”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib. Səfir Türkiyə-Azərbaycan əlaqələrinin yüksək səviyyədə davam etdiyini vurğulayıb: "Bu ay prezidentlərin iştirakı ilə Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı planlaşdırılır. Lakin hələlik dəqiq tarix müəyyən edilməyib".

Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, nə Türkiyə, nə də Azərbaycan 90-ci illərin əvvəllərində olan dövlətlər deyillər: “İki qardaş ölkə güclü hərbi-siyasi potensiala malik dövlətlərə çevriliblər. Türkiyə-Azərbaycan qardaşlığı elə bir təməllər üzərində qurulub ki, heç bir qüvvə onu sarsıda və zəiflədə bilməz. İki qardaş ölkəni qan və mənəvi bağlılıqla yanaşı, ortaq dəyərlər birləşdirir. Bundan sonra atılan addımlar iki qardaş ölkə arasında əlaqələrin daha da irəli aparılmasına təkan verəcək”.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Elnur Eltürk

Elnur Eltürkün fikrincə, ortaq mövcud olan strateji baxışlar və siyasi-iqtisadi münasibətlər elə səviyyədədir ki, iki ölkəni daima bir mövqedən çıxış etməyə gətirib çıxarır: “Hər iki qardaş dövlət ən çətin vaxtlarda bir-birinə dəstək olublar. Bunun tarixi ənənələri mövcuddur. Bu isə münasibətlərin ana təməlini təşkil edir. Üstəlik, iki ölkənin liderlərinin şəxsi münasibəti və bir-birinə qardaş kimi münasibət göstərmələri əlaqələrimizdə qırmızı xətt kimi keçir”.

“Bu gün qarşılıqlı yatırımların artım üzrə davam etməsi, iqtisadi gücümüzü artırır. Bununla bərabər olaraq qardaş Türkiyənin dünyada geopolitik mövqeyinin güclənməsi və ən əsası ciddi məsələlərdə söz sahibinə çevrilməsi Azərbaycanın beynəlxalq münasibətlərdə əlini gücləndirir. Türkiyə Cümhuriyyəti Cənubi Qafqazda güclənmə siyasəti aparır. Bu siyasət həm bölgənin iqtisadi və siyasi rifahına, həm də təhlükəsizliyinə xidmət edir”-deyə Elnur Eltürk bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
bizimyol.info

2Mənbələr