Məşhur müğənni Ajda Pekkan geyimi ilə səs-küyə səbəb olub.
Far.Az xəbər verir ki, sənətçi Harbiye Açıkhava səhnəsində sevənlərinin görüşünə gəlib.
İfaçı həmişəki kimi libası ilə gündəm yaradıb. O səhnəyə qızılı rəngdə böyük ətəyi olan geyim geyinib.
Konsertdən görüntülər sosial şəbəkələrdə yayılıb. İzləyicilər Ajda Pekkanın hər zamankı kimi möhtəşəm göründüyünü vurğulayıblar.
Bir çoxları isə "Bu səhnədə heçkim Ajda olmadı və olmayacaq" kimi şərhlər yazıblar.