AZ

Sabiq "Barselona"lı yenidən La Liqada oynayacaq

"Barselona"nın sabiq futbolçusu Junior Firpo La Liqaya qayıdır.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Xəbərə görə, 28 yaşlı müdafiəçi "Betis"də çıxış edəcək. Müqavilənin müddətinin 2028-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilir.

Firpo 2005-2019-cu illərdə Sevilya klubunda çıxış edib, bundan sonra 18 milyon avroya "Barselona"ya keçib.

O, 2021-ci ilin yayında kataloniyalılardan ayrılaraq "Lids"ə yollanıb. Bu müddət ərzində Firpo bütün yarışlarda 119 matç keçirib, 6 qol vurdu və 22 məhsuldar ötürmə edib.

"Transfermarkt" futbolçunun dəyərini 8 milyon avro qiymətləndirir.

Mirağa

Seçilən
3
1
fanat.az

2Mənbələr