AZ

Kreml İsrailin İrana zərbəsini şərh etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml İsrail və İran arasında gərginliyin kəskinləşməsindən narahatdır və bu eskalasiyanı qınayır.  Onun sözlərinə görə, Putin Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti və Xarici İşlər Nazirliyindən real vaxt rejimində məlumatlar alır. Yaxın zamanda Rusiya XİN-in bu barədə BMT vasitəsilə ətraflı bəyanat yayacağı gözlənilir.

Tribunainfo.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri bu gecə İrana “preventiv zərbə” endirib. Rəsmi məlumata əsasən, İran hava məkanına 200 qırıcı daxil olub və 100-dən çox hədəfə 330 sursat atılıb. Hədəflərdən biri Natanzdakı nüvə obyektidir. Hücum nəticəsində SEPAH-ın komandanı Hüseyn Salami, Baş Qərargah rəisi Məhəmməd Baqeri və bir neçə nüvə alimi həlak olub. İrandan cavab olaraq İsrailə 100-dən çox dron buraxılıb.

İmran Kərimli

Seçilən
10
tribunainfo.az

1Mənbələr