AZ

Alimlər insanı nəfəsinə görə tanıya bilir: Dəqiqlik 96,8 faiz

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsraildəki Veyzman Elmi İnstitutunun alimləri nəfəsə əsaslanaraq insanları tanımağın yeni üsulunu hazırlayıblar. Onların araşdırmasına görə, bu üsul 96,8 faiz dəqiqliklə işləyir.

BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, təcrübədə 97 könüllü iştirak edib. Onlar boyunlarına taxılan kiçik bir sensoru 24 saat ərzində daşıyıblar. Bu cihaz hər burun dəliyindən keçən hava axınını ölçüb və nəfəsin 24 fərqli göstəricisini analiz edib.

Cəmi 1 saatlıq məlumatla belə, cihaz insanı 43 faiz dəqiqliklə tanıya bilib. Tam bir sutkalıq məlumatda isə bu göstərici 96,8 faizə çatıb.

Alimlər bildirirlər ki, nəfəs hər bir insanın özünəməxsus "izini" daşıyır. Bu iz barmaq izi kimi unikaldır.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Araşdırma göstərib ki, nəfəsin müəyyən nümunələri insanın bədən kütləsi indeksi və psixoloji vəziyyəti ilə də əlaqəlidir. Məsələn, narahatlıq pozuntusu olan insanlarda nəfəs daha qısa və qeyri-müntəzəm olub. Bu hal xüsusilə yuxu zamanı müşahidə edilib.

Alimlər düşünür ki, gələcəkdə bu cür məlumatlar xəstəliklərin erkən diaqnozu və insanın psixoloji vəziyyətinin yaxşılaşdırılması üçün istifadə oluna bilər. Nəfəsin dəyişdirilməsi ilə insanın vəziyyətini tənzimləmək də mümkün ola bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
baku.ws

2Mənbələr