AZ

Azərbaycanlı hücumçu onu satan klubu peşman etdi - Nahaq göndərdik

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxışı ilin əvvəlində onunla yollarını ayıran “Ankaragücü”ndə peşmanlığa yol açıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı forvardın həm Polşa klubu “Radomyak”da, həm də Azərbaycan millisində yüksək performans göstərməsi və ardıcıl qollar vurması ankaralıları yanlış addım atmaq düşüncəsinə vadar edib.

Belə ki, I Liqa klubunun məşqçi korpusu və rəhbərlik Dadaşovu heyətdən uzaqlaşdırmaq və onu “Radomyak”a satmaqla doğru qərar vermədiklərini etiraf edib.

Çünki paytaxt təmsilçisi hələ də onun yoxluğunu hiss edir.

Hətta xəbərdə Dadaşovun yay fasiləsində Avropanın önəmli klublarından birinə keçmək ehtimalının da yüksək olduğu vurğulanıb. Çünki bir neçə klubun onunla maraqlandığı bildirilir.

Renat Dadaşovun “Radomyak”la müqaviləsi bu ayın sonuna qədərdir. Millimizin üzvünün sözləşməsinin daha bir illik uzadılması bəndi hələ razılaşdırılmayıb.

Seçilən
33
sportinfo.az

1Mənbələr