AZ

ABŞ Dövlət Katibi: İranla bağlı hücumlarda iştirak etmirik

ABŞ Dövlət Katibi: İranla bağlı hücumlarda iştirak etmirik

ABŞ Dövlət Katibi Marko Rubio İsrailin İrana qarşı həyata keçirdiyi hücumdan sonar açıqlama verib.

Rubio ölkəsinin bu hücumda iştirak etmədiyini bildirərək, “Bu gecə İsrail İrana qarşı birtərəfli hərəkət edib. Biz bu hücumlara daxil deyilik və bizim ən böyük prioritetimiz bölgədəki Amerika qüvvələrini qorumaqdır” deyə vurğulayıb.

Rubio əlavə edib ki, İsrail hücumdan əvvəl ABŞ-ni məlumatlandırıb və bu addımı özünü müdafiə məqsədilə atdığını bildirib.

Prezident Donald Trampın göstərişi ilə ABŞ rəhbərliyinin bölgədəki qüvvələrini qorumaq üçün lazım olan bütün addımları atdığını qeyd edən Rubio, eyni zamanda regional tərəfdaşlarla əlaqə saxladıqlarını da vurğulayıb.

Açıqlamasının sonunda Rubio ölkəsinin hücumla heç bir əlaqəsinin olmadığını bir daha təkrarlayıb və Tehran rəhbərliyinə İranın ABŞ maraqlarını və ya personalını hədəf almaması barədə xəbərdarlıq edib.

Seçilən
26
afn.az

1Mənbələr