Avropa Komissiyasının sədri Ursula fon der Leyen İranı İsrailin ölkəyə irimiqyaslı hava hücumundan sonra cavab zərbələri endirməkdən çəkinməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Leyen bu barədə "X" hesabında yazıb.
"Aİ bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, vəziyyəti dərhal deeskalasiya etməyə və cavab addımlarından çəkinməyə çağırır", - deyə o bildirib.