AZ

Deputat: “Mərkəzləşdirilmiş istilik sisteminin qurulması 2 milyard kubmetr qaza qənaət edəcək”

Azərbaycanda mərkəzləşdirilmiş istilik sisteminin qurulması təxminən 2 milyard kubmetr qaza qənaət edilməsinə imkan yarada bilər.

"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov bu gün keçirilən Milli Məclisin plenar icasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda daxili illik qaz istehlakı 13,5 milyard kubmetrdir: “Daxili istehlakın təxminən 37 %-i əhali tərəfindən həyata keçirilir. Bu baxımdan mərkəzləşdirilmiş istilik sisteminin mərhələli şəkildə prosesə başlanılması və itkilərin minimumlaşdırılması ilkin qiymətləndirmələrə görə, təxminən 2 milyard kubmetr qaza qənaət edilməsinə imkan yarada bilər.

O bildirib ki, bu da Azərbaycanın “mavi qaz” ixracının artmasına və ölkəyə daha çox valyutanın gəlməsinə imkan yaradacaq.

Seçilən
1
1
report.az

2Mənbələr