AZ

Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb – Sahil Babayev

Maliyyə Nazirliyində dövlət maliyyəsinin daha səmərəli idarəolunması və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində müvafiq İşçi Qrupları yaradılıb və geniş islahatlara başlanılıb.

Day.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir vurğulayıb ki, islahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlir və xərclərinin təhlili, optimallaşması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəəqmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesində tətbiqi imkanları təmin olunacaq, bildirilən rəy və təkliflərə aparılan islahatlar çərçivəsində bir daha baxılacaq.

Seçilən
14
8
day.az

9Mənbələr