AZ

Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar kitab sərgiləri hazırlanıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 iyun, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan virtual kitab sərgisində o günlərin xronikasını, xalq içərisində yaşanan gərginliyi, xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsini əks etdirən kitablar və dövrü mətbuat nümunələri toplanıb.

Virtual kitab sərgisində 15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi haqqında Milli Məclisinin qərarının, “Heydər Əliyev və Azərbaycanın milli maraqlarına əsaslanan dövlət siyasəti”, “Heydər Əliyev - dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər”, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq”, “Mahir siyasətçi, müdrik rəhbər”, “Heydər Əliyev və milli mübarizə tariximiz”, “Böyük yolun həqiqəti” kimi 15-dən çox kitabın tam mətni təqdim edilir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

“15 İyun - Milli Qurtuluş Günü” adlı virtual kitab sərgisində kitablarla yanaş, dövrü mətbuatda çap məqalələrin də tam mətni yer alır.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/milli-qurtulus-gunumuz yerləşdirilib.

Gənclər Kitabxanasında təşkil olunan “15 iyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisində Milli Qurtuluş Gününün tarixini, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən kitablar, dövrü mətbuat materialları sərgilənməkdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
azertag.az

1Mənbələr