AZ

Külli miqdarda vəsaitin leqallaşdırılmasında ittiham olunan dəstənin növbəti məhkəmə prosesi keçirilib

Bakı. Trend:

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqlabağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri- Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğluFərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayətişi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəsənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Təqsirləndirilən şəxslərin vatsap yazışmaları, SMS mətnmesajları elan edilib.

Daha sonra vəkillər bildirib ki, əməliyyat zamanı götürülənsilah, qızıl və pul vəsatinin bir qismi KobercinayətkarlıqdaMübarizə Baş İdarəsində saxlanılır. Halbuki qızıl və pul vəsaitiorada saxlanılmamalıdır. Onlar məhkəmədən həmin vəsaitin nəzarətaltında saxlanılmasını istəyiblər.

Müdafiəçi Kamandar Nəsibov müvəkkilinin mobil telefonunməhkəmədə baxış keçilməsini istəyib.

Vəkil Elnur Quliyev ibtidai istintaqın həbs qoyduğu əmlaklarınreal bazar qiymətini nə qədər olması ilə bağlı qiymətləndirməkeçirlməsi ilə bağlı vəsatət verib.

Təqsirləndirilən Cavid Əzizovun vəkili əmlaklara qoyulan həbsingötürülməsi ilə bağlı məhkəməyə vəsatət verib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.

Məhkəmə vəsatətlərin təmin olunmaması ilə bağlı qərar qəbuledib.

Proses 25 iyulda davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər NazirliyininKibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisindəyerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşıəməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəlibilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşıQasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov FərhadEtibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu vəƏhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandanxarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuzolaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergiödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarındavəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbulvə Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlusilahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-əyaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarınınölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylıəmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minikvasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütünəmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Onlara Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci,193-1.3.2-ci və 206-1.3-ci maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Seçilən
2
az.trend.az

1Mənbələr