“Fənərbağça” braziliyalı cinah oyunçusu Neymarı heyətinə qatmaq niyyətindədir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, İstanbul klubu 33 yaşlı futbolçuya bir illik müqavilə təklif edib. Sazişdə əlavə olaraq daha bir mövsüm uzadılma imkanı da nəzərdə tutulub.
Hazırda “Santos”da çıxış edən Neymarın müqaviləsində Avropanın istənilən klubuna sərbəst keçid hüququnu təmin edən xüsusi bənd mövcuddur. Bu amil təcrübəli futbolçunun Türkiyə çempionatına keçidini asanlaşdıra bilər.
Bu mövsüm Neymar bütün turnirlərdə 14 matçda iştirak edib və bu matçlarda üç qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl mətbuatda "Santos"un cinah yarımmüdafiəçisi ilə müqaviləni uzatmaq istədiyi barədə məlumat yayılmışdı.