İngiltərənin "Bornmut" klubunun müdafiəçisi İlya Zabarnıy Fransanın PSJ klubu ilə anlaşıb.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər şəxsi müqavilənin şərtləri barədə razılığa gəliblər.
Zabarnıy parislilərlə 2030-cu ilə qədər hesablanmış uzunmüddətli müqavilə imzalamağa yaxındır.
22 yaşlı futbolçunun transfer dəyəri 40 milyon avro qiymətləndirilir. Ötən mövsüm ukraynalı İngiltərə Premyer Liqasında "Bornmut"un 36 oyununda iştirak edib. Müdafiəçi ötürmə edib, dörd sarı vərəqə alıb və bir dəfə meydandan qovulub.