AZ

İsrailin Səfirlikləri ən yüksək hazırlıq vəziyyətinə gətirilib – Bəzi Diplomatik Nümayəndəliklər bağlanır

İsrailin İrana endirdiyi zərbələr fonunda ölkənin bəzi səfirlikləri bağlanacaq.

Bu barədə "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik baxımından daha həssas bölgələrdə yerləşən bəzi səfirliklər bu gündən etibarən, ən azı bazar ertəsinə qədər bağlı qalacaq.

Hazırda İsrailin bütün səfirlikləri maksimum hazırlıq vəziyyətinə gətirilib. Qəbul edən ölkələrin hüquq-mühafizə orqanlarından isə mümkün etiraz aksiyaları və nümayişlərə qarşı səfirliklərin mühafizəsini gücləndirmək xahiş olunub.

Seçilən
29
far.az

1Mənbələr